SON XƏBƏRLƏR

Tehranda aksiya: Təhlükəsizlik qüvvələri parlamentin binası qarşısına toplaşan müəllimlərə hücum edib

2021.12.13, 13:14
Tehranda aksiya: Təhlükəsizlik qüvvələri parlamentin binası qarşısına toplaşan müəllimlərə hücum edib

Gunaz.tv

Sosial şəbəkələrdə yayılan videolarda təhlükəsizlik qüvvələrinin müəllimlərin dinc etirazına müdaxilə etməsi, əllərində plakatlar gəzdirərək “məhbus müəllimlərə azadlıq” şüarı sənləndirən müəllimləri həbs etməyə cəhd etməsi ilə bağlı görüntülər öz əksini tapıb.

Bildirilir ki, hökumət qüvvələri etirazçı müəllimlərə qarşı zor tətbiq edib və onlardan bəzilərini döyərək tutub naməlum istiqamətə aparıb.

Yayılan məlumata görə, müəllim təşkilatlarının fəal üzvlərindən olan, bundan əvvəl dəfələrlə həbsdə saxlanılan Rəsul Budaqi də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

Məlumatlara görə İranın ibtidai, orta və ali təhsil ocaqlarında çalışan on minlərlə müəllim son iki gündə (oktyabrın 10-u və 11-i) İranın 60-dan çox şəhərində keçirilən dinc etiraz aksiyalarına qatılıblar. 

Dekabrın 2-də İranın 60-dan çox şəhərində ibtidai və orta məktəblərdə, eləcədə ali təhsil ocaqlarında çalışan müəllimlərin dinc etiraz aksiyaları davam edib.

Əllərində plakartlar gəzdirən etirazçılar, müəllimlərin, o cümlədən də ali təhsil ocaqlarının elmi heyətlərinin üzvü olan müəllimlərin maaşlarının 80 faizə qədər artırılmasını, müqavilə əsasında çalışan müəllimlərin rəsmən işə götürülməsini, təhsil sistemində isə ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər.

Müəlllimlərin indikki ağır məişət və güzəranına eiraz bildirən aksiya iştirakçıları həmçinin təqaüdə çıxmış müəllimlərin maaşlarının qaldırılmasını, evi olmayan müəllimlərin mənzil probleminə baxılmasını, əvvəlki etirazlarda hökumət qüvvələri tərəfindən həbs edilən müəllimlərin azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, İranda müəllimlər son həftə və aylarda İranın 50 şəhərində oxşar etiraz aksiyaları keçirsələr də, istər əvvəlki hökumət, istərsə də İbrahim Rəisi hökuməti onların haqlı tələblərini yerinə yetirməkdən imtina edib.

اعتصاب سراسری معلمان؛ حمله نیروهای امنیتی به تجمع فرهنگیان مقابل مجلس

A.M

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar