İranın Nətənz nüvə təsisatındakı yanğını bu qruplaşma törədib

2020-07-02 20:48

"BBC" telekanalının farsdilli şöbəsi İranın Nətənz nüvə təsisatında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Telekanal bildirib ki, yanğının baş verməsi ilə bağlı xəbərlərin yayılmasından bir neçə saat öncə farsdilli şöbənin əməkdaşlarına "Vətən Hepardları" adlı tanınmamış qruplaşmadan email daxil olub. 


Email məktubunda "Vətən Hepardları" Nətənz təsisatında baş verən hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü elan edib. 


Qruplaşma həmçinin bildirib ki, İranın xüsusi xidmət orqanları içərisində özünə bağlı fəaliyyət göstərən qüvvələri var. 


Qeyd etmək lazımdır ki, bu gün səhər saatlarında sözügedən təsisatda yanğın baş verməsi ilə bağlı İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi məlumat yaymışdı. O, hadisənin çöldə, açıq hava altında yerləşən çardaq tipli anbarda baş verdiyini, təsisatın fəaliyyətinə heç bir təsir göstərmədiyini iddia etmişdi. 


Lakin Kaliforniyada yerləşən "Middlebury" tədqiqat mərkəzinin İranın raket proqramı üzrə araşdırmaçısı Fabian Hinz məsələ ilə əlaqədar "Twitter"də yazdığı statusda qeyd edib ki, İranın Atom Enerjisi Təşkilatının yaydığı ilk görüntü yanğının təsisatın sentrifüqaların montajı bölməsində baş verdiyini göstərir. 

 
 

 


Onun sözlərinə görə, yayılmış görüntünün coğrafi koordinatı ilə "Google"un peyk görüntülərini müqayisə edərək bu nəticəni əldə edib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05

gun az article

Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"

2020-08-05

gun az article

İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”

2020-08-05

gun az article

İsrailin Suriyaya son hücumlarında İrana bağlı 15 yaraqlı həlak olub

2020-08-05

gun az article

İranda daha 185 nəfər koronavirusdan ölüb, əlavə 2697 nəfər infeksiyaya yoluxub

2020-08-05

gun az article

"Persopolis" klubunun rəhbərinin müavini "ETTELAAT" tərəfindən həbs edilib

2020-08-05

gun az article

Zahidanda səs bombasının partlaması nəticəsində hüquq-mühafizə qüvvələrinin 4 əməkdaşı yaralanıb

2020-08-05

gun az article

Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib

2020-08-05

gun az article

İranda rejimə qarşı kütləvi etirazlarda həbs edilən gənc aksiyaçı edam edilib

2020-08-05

gun az article

GünazTV Aug.04.2020: “İranada hər yeddi dəqiqədə bir insan coronovirusdan ölür”

2020-08-04

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 770 nəfərə çatıb

2020-08-04

gun az article

İranda 5 milyon şagird təhsildən kənar qalmaq təhlükəsi ilə üz-üzədir

2020-08-04

gun az article

İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib

2020-08-04

gun az article

İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib

2020-08-04

gun az article

Səid Nəməki: "Qəbul imtahanlarının vaxtı dəyişilməyəcək"

2020-08-04

gun az article

Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub

2020-08-04

gun az article

Mazandaran əyalətinə səfərə qadağa qoyulub

2020-08-04

gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04