SON XƏBƏRLƏR

İranın Qum şəhərində azərbaycanlı məhkum edam edilib

2022.01.18, 10:00
İranın Qum şəhərində azərbaycanlı məhkum edam edilib

Gunaz.tv

Bu barədə İranda fəaliyyət göstərən hüquq müdafiəçiləri xəbər yayıb.

Məlumata görə, narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə 7 il həbs edilən və həmin müddətdə həbsdə saxlanılan Şərqi Aərbaycan əyalətinin Şəbüstər şəhərinin sakini, 56 yaşlı məhkum Vəlican Rəhimi yanvarın 17-si səhər saatlarında Qum şəhərinin zindanında dara çəkilib.

Məhkumun ailə vəziyyəti və onun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

رهایی یک زندانی در قم از قصاص به شرط آزادی ۱۵ زندانی جرایم غیرعمد - ایرنا

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar