SON XƏBƏRLƏR

İranın Qum şəhərində Xomeyninin heykəli yandırılıb-VİDEO

2022.04.01, 09:15
İranın Qum şəhərində Xomeyninin heykəli yandırılıb-VİDEO

Gunaz.tv

Bu qəbildən olan növbəti aksiya martın 30-da Qum şəhərinin "Mərcəiyyət" küçəsində baş verib. Sözügedən küçədə ucaldılan Ruhullah Xomeyninin heykəli yandırılıb.

Narazılar “islam inqilabı”nın banisinin heykəlinə benzin tökərək od vurub və sosial mediada bunu molla hakimiyyətinin təməllərinin sarsılması, vətəndaşların rejimdən olan qorxularının azalmasının nümunəsi kimi yayıblar. 

Qeyd edək ki, bir müddət bundan öncəyə kimi İranda ali rəhbər Əli Xamneyinin yumşaq formada tənqid olunması belə təsəvvür olunmurdu.

Lakin hazırda İranda durum dəyişib.

İndi davamlı olaraq ona ali rəhbərə qarşı şüarlar səsləndirilir, onun müxtəlif şəhərlərdə quraşdırılan şəkilləri yandırılır. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar