SON XƏBƏRLƏR

İranın Rusiyaya hərbi dəstəyi davam edir- Rus ordusuna 100 ədəd pilotsuz təyyarə verəcək

2022.08.31, 07:03
İranın Rusiyaya hərbi dəstəyi davam edir- Rus ordusuna 100 ədəd pilotsuz təyyarə verəcək

Gunaz.tv

Xarici mediaya müsahibə verən Klimenko deyib ki, rus əsgərləri İran torpaqlarında bu ölkənin pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçirlər.

Amerikanın müttəfiqi olan ölkələrdən birində pilotsuz təyyarələrin təhvil verilməsini yaxından izləyən təhlükəsizlik rəsmisi “Vaşinqton Post”a açıqlamasında bu pilotsuz təyyarələrin sistemində bəzi səhvlərin olduğunu və rusların bundan məmnun olmadığını bildirib.

İlk dəfə Amerikanın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan iyulun 11-də Ağ Evdə deyib ki, İran Rusiyaya yüzlərlə döyüş pilotsuz təyyarəsi verəcək və Rusiya qüvvələrinə Ukrayna müharibəsində bu dronlardan istifadə etmək üçün təlim keçəcək.

Rusiyanın Ukraynaya hərbi hücumu zamanı İran Rusiyanın tərəfində olub və Əli Xameneyi iyulun 19-da Vladimir Putinlə görüşündə onun bu müharibədəki “təşəbbüsünü” yüksək qiymətləndirib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar