"Nüvə danışıqlarının yeni mərhələsinin baş tutması mümkündür"-Rəsmi Tehran

01.08.2022, 13:23

Nüvə danışıqlarının yeni mərhələsinin baş tutması mümkündür. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib.

Gunaz.tv Quote | Gunaz article

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranın atom bombası yaratmaq qabiliyyəti barədə açıqlama verdikdən sonra, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransı keçirib.

Xaricdə fəaliyyət göstərən Tehran hökumətinə müxalif "Iran International" televizyasının verdiyi məlumata görə, o, nüvə danışıqlarının yeni dövrünün keçirilməsinin mümkünlüyünü açıqlayıb. 

Kənani nüvə danışıqlarını canlandırmaq üçün danışıqların yeni raundu və tərəflərin danışıqların vaxtı ilə bağlı yaxın gələcəkdə bir nəticəyə gələcəyinə ümid etdiyini bildirib.

Nasir Kənani avqustun 1-də keçirdiyi mətbuat konfransında Avropa Birliyinin nümayəndəsi Jozep Borellin "İran tərəfi mətni və təklifləri diqqətlə araşdırıb və öz mövqeyini təqdim edib" bəyanatını şərh edib.

30 iyulda Cozep Borrell Avropa Birliyinin veb saytındakı qeyddə "masada olan cari təklif olunan mətnin başqa alternativi yoxdur və başqa bir fikir və ya təklif əlavə etmək üçün çox gecdir" yazıb.

İran Atom Enerjisi Agentliyinin başçısı Məhəmməd İslami isə İranın atom bombası əldə etmək barədə nigəranlıqlara toxunub.

O, İranın atom bombası əldə etmək texnologiyaya malik olduğunu, ancaq nüvə silahı əldə etmək istəmədiyini iddia edib.

Bununla yanaşı İranın nüvə danışıqlarında baş müzakirəçisi Əli Baqiri Kəni danışıqların məzmunu və forması barədə ideya və təkliflərini qarşı tərəfə təqdim etdiklərini deyib.

"İran qısa müddətdə danışıqları yekunlaşdırmaq niyyətindədir və bunu qarşı tərəfdən də gözləyir"-deyən Baqiri Kəni növbəti dəfə olaraq Amerikanı danışıqların gecikdirilməsində Amerikanı günahlandırıb.

Avrasiya İnstitutunun əməkdaşı Henry Rom və "Wall Street Journal"ın əəməkdaşı Lourens Norman da daxil olmaqla bir sıra analitiklər Baqeri Kəninin tvitini İranın Josep Borrellin təklifinə maraq göstərmədiyinə və onu rədd etdiyinə işarə kimi dəyərləndiriblər.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27