SON XƏBƏRLƏR

“İranın Azərbaycandakı casus şəbəkəsi darmadağın edilməlidir”- Əhməd Obalı

2023.03.15, 16:40
“İranın Azərbaycandakı casus şəbəkəsi darmadağın edilməlidir”- Əhməd Obalı

Gunaz.tv

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, GAMAC İdarə Heyətinin üzvü Əhməd Obalı Laf Tv-yə müsahibəsində bildirib ki, Azərbaycan 1925-ci ildə farsçılıq ideologiyası üzərində qurulan İran dövlətinin düşməni elan edilib: “İranın iki düşməni var: türklər və ərəblər. Azərbaycan türk olduğu üçün İranın rəsmi ideologiyası tərəfindən düşmən elan edilib.

Lakin İran Azərbaycanla açıq müharibəyə girmək istəmir-bundan qorxur. İranda 30 milyona yaxın azərbaycanlı yaşayır. 100 il Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti aparılıb.

Lakin öz istəklərinə nail olmayıblar. Azərbaycanlılar arasında milli özünüdərk prosesi xeyli güclənib. 

Milli Hərəkat güclənir, gənclər arasında Azərbaycanı öz dövləti bilənlər az deyil. İran-Azərbaycan savaşı olarsa, İran uduzar, çünki o kəsim Azərbaycanın tərəfini tutacaq. 

İran arzu edər, amma Azərbaycana hücum etməyə nə gücü, nə də həvəsi var. Hava sərhədimizi pozmaqla təxribata əl atdı”.

Əhməd Obalı bildirib ki, İran Ermənistana hərbi yardımlarını artırıb:

“İran Ermənistana İraqdan, Suriyadan terrorçular gətirmək istəyir. Məlumata görə, 4 min PKK terrorçusu toplayırlar ki, Azərbaycan əleyhinə təxribat törətsinlər. Diqqəti buna yönəltmək lazımdır”.

Günaz.TV rəhbəri hesab edir ki, Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etməlidir:

“İran milyardlar xərcləyib Azərbaycanın daxilindəki şəbəkə formalaşdırıb. O casus şəbəkəsi darmadağın edilməlidir. 50, 100 nəfər tutulmaqla bu iş bitməyəcək, onların kökü qurudulmalıdır. Yoxsa İran Azərbaycanda onların əlilə təxribat aparacaq”.

Verilişi tam olaraq bu linkdən izləmək mümkündür:

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar