SON XƏBƏRLƏR

İranda neftçi tətilləri böyüyür: Abadan neftçiləri aksiyaya qoşuldu

2022.10.11, 05:36
İranda neftçi tətilləri böyüyür: Abadan neftçiləri aksiyaya qoşuldu

Gunaz.tv

Üsləviyyə və Abadan neftayırma zavodları bəyanat yayaraq Buşehrdəki həmkarları ilə həmrəy olduqlarını və tətil aksiyasına başladıqlarını bildiriblər.

İran mediası tətil aksiyalarının əmək haqlarının ödənilməsinin gecikdirilməsi ilə bağlı olduğunu iddia etsə də, işçilər bunu təkzib ediblər.

Onlar İranda baş verən ümumölkə etirazlarına dəstək və hökumətin şiddətli repressiyalarına qarşı etiraz əlaməti olaraq işi dayandırdıqlarını deyirlər.

Qeyd edək ki, 1978-ci ilin sentyabrın 24-də də Abadan neft ayırma zavodunun işçiləri tətil aksiyasına əl atdıqdan sonra İran Neft Şirkətinin başqa bölmələri də buna qoşulmuş və Pəhləvi hökumətinə qarşı etiraz aksiyalarının dahada genişlənməsinə səbəb olmuşdu.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar