SON XƏBƏRLƏR

İran BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından qovula bilər

2022.10.14, 07:11
İran BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından qovula bilər

Gunaz.tv

“Fox News” agentliyi bildirir ki, Məhsa Əmininin əxlaq polisitərəfindən qətlə yetirilməsi və etirazçı qadınların polis və İran rejimi tərəfindən susdurulması səbəbindən İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti üzrə Komissiyasından qovula bilər.

Adı çəkilən komissiyanın məqsədi, nizamnaməsində qeyd edildiyi kimi, “gender bərabərliyini təşviq etmək və qadınların səlahiyyətlərini artırmaqdır”. BMT-nin Cenevrədə yerləşən bu monitorinq orqanı elan edib ki, İran bu ilin mart ayından "ən azı dörd Qərb ölkəsinin səsi ilə" BMT-nin Qadın Komissiyasının Ali Şurasında dörd illik üzvlük müddətinə başlayıb.

Bununla belə, “Fox News” telekanalının məlumatına görə, İranda bir çoxlarının “qadın inqilabı” kimi dəyərləndirdiyi geniş anti-hökumət etirazlar Tehranın rejiminin Qadınların Vəziyyəti üzrə Komissiyasına üzv olmasına icazə verdiyi üçün BMT-nin sərt tənqid edilməsinə səbəb olub. 

Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin sözçüsü Stefani Düjarrik "Fox News"a deyib ki, “Baş katibin bu seçkidə heç bir rolu yoxdur”.

“Hər bir üzv dövlət Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin məqsədlərini yerinə yetirməyə borcludur. Belə qurumlarda olanların məsuliyyəti daha çoxdur”,- deyə, o bildirib.

Amerika dövlət departamentinin adının çəkilməsini istəməyən nümayəndəsi "İran rejiminin Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti üzrə Komissiyasına üzvlüyü gülünc adlandırıb.

Onun sözlərinə görə, Amerika hökuməti həmişə açıq şəkildə bəyan edib ki, İran rejimi kimi insan haqlarını ən çox pozan bəzi hökumətlərin BMT-nin bəzi komissiyalarında üzv olması gülüşlüdür.

"Biz rejimin iranlı qadınlara qarşı təzyiqlərini və bu ölkə xalqı tərəfindən etirazların zorakılıqla yatırılmasını açıq şəkildə pisləmişik. Bildiyiniz kimi, biz BMT-nin İnsan Haqları Şurasında birgə bəyanatla çıxış edən və İran rejimini etirazçıları zorakılıqla yatırmağı dayandırmağa çağıran 54 ölkədən biri idik",- deyə, Amerika XİN nümayəndəsi qeyd edib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar