SON XƏBƏRLƏR

İran universitetlərində aksiyalar davam edir

2022.10.01, 09:30
İran universitetlərində aksiyalar davam edir

Gunaz.tv

Oktyabrın 1-i yerli vaxtla saat 12-dən başlayaraq başda Tehran olmaqla İranın bir neçə şəhərinin universitetində öyrəncilərin etiraz aksiyası başlayıb.

Bir sıra universitetlərdə öyrəncilər oturaq aksiya keçirib. Bir neçəsində isə hökumət əleyhinə şüarlar səsləndirməyə başlayıblar.

Tehran, Kərəc, Şiraz, Kirman, İlam, Yəzd, Rəşt İsfahan və başqa şəhərlərin öyrənciləri müəllimlərə müraciət edərək onları aksiyalara qoşulmağa çağırıblar.

Universitetlərin bir neçəsində hökumət məmurlarının dinc aksiya keçirən öyrəncilərə qarşı şiddətli davranışları qarşıdurmalara səbəb olub.

Onlar İranın rəhbəri Əli Xameneyi başda olmaqla hökumətə qarşı daha radikal şüarlar səsləndirib.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar