SON XƏBƏRLƏR

Tehran İnqilab Məhkəməsi 3 aksiya iştirakçısı barədə ölüm hökmü çıxarıb

2022.11.17, 07:18
Tehran İnqilab Məhkəməsi 3 aksiya iştirakçısı barədə ölüm hökmü çıxarıb

Gunaz.tv

İranın "hamshahrionline" xəbər saytının verdiyi məlumatda Tehran İnqilab Məhkəməsinin noyabrın 16-da İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü çıxarıldığı qeyd edilib.

Bildirilib ki, şəxslərdən biri İranda ictimai asayişi və qeyri-sabitliyi pozmaqda, o cümlədən insanlara və dövlət əmlakına ziyan vurduğu üçün "müharibə"də ittiham olunub.

Digəri Pakdəşt şəhərində polis postunun yandırılması və dövlət əmlakının dağıdılmasında təqsirli bilindiyi üçün "yer üzündə fəsad yaymaq"da, üçüncü şəxs isə dövlət əmlakına ziyan vurduğu, iğtişaşlarda aparıcı rol oynadığı və bir məmurun yaralanmasına səbəb olduğu üçün "müharibə"də  ittiham olunub.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin 227 üzvü parlamentin açıq oturumunda oxunan bəyanatda ölüm cəzasına məhkum edilən etirazçıların dərhal edam edilməsini tələb etmişdi. 

Bu tələbdən sonra İslam Respublikası Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei də bunun ən qısa zamanda həyata keçiriləcəyini demişdi.

İran hökumətinin etirazçılara qarşı edam cəzası çıxarması beynəlxalq ictimaiyyət, aparıcı qərb dövlətləri və insan haqları təşkilatları tərəfindən sərt reaksiya ilə qarşılaşıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar