SON XƏBƏRLƏR

İran ordusu şimal-qərb bölgəsində hərbi təlimlərə başlayıb

2021.10.20, 07:36
İran ordusu şimal-qərb bölgəsində hərbi təlimlərə başlayıb

Gunaz.tv

İran ordusunun quru qüvvələrinin komandanı Kiyumərs Heydərinin iştirakı ilə keçirilən “Fatehan-e Xeybər” (Xeybər fatehləri) adlı təlimləri yaxından izləmək üçün həm də bir sıra yerli rəsmilər qatılıb.


Yayılan məlumata əsasən, təlimlərə İran ordusunun 216 və 316 zirehli briqadaları, 25-ci briqadası, 11-ci topxana qrupu, pikotsuz uçan aparatlar qrupu,  İran hava qüvvələrinin hərbi helikopterləri və digər hərbi texnika cəlb edilib. 


Hərbi təlimlərin neçə gün keçiriləcəyi haqda məlumat yayılmayıb.


Bu arada İran ordusunun quru qüvvələrinijn komandanı Kiyumərs Heydəri “Twitter” hesabında paylaşım edərək, hərbi təlimlərin məqsədinə aydınlıq gətirib.


“Biz müharibəyə başlamamışıq, lakin şübhəli ünsürlərin regionda olmasına dözməyəcəyik. Biz, DAEŞ (İŞİD) terrorçu ünsürlərin və sionist rejimin bu regionda mövcud olmasına dözməyəcəyik”, -deyə İran ordusunun quru qüvvələrinin komandanı Kiyumərs Heydərinin “Twitter”də etdiyi paylaşımında bildirilir. 


A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar