SON XƏBƏRLƏR

İran parlamentinin başçısı: "Azərbaycanla anlaşılmazlıqlar aradan qaldırılıb"

2023.01.10, 13:50
İran parlamentinin başçısı: "Azərbaycanla anlaşılmazlıqlar aradan qaldırılıb"

Gunaz.tv

O, Azərbaycan və Türkiyə parlamentlərinin spikerləri ilə ikitərəfli və üçtərəfli görüşlər keçirdiyini deyib.

Spiker üçtərəfli görüşdə 3 ölkə arasında yük və enerji daşımaları və tranzitlə bağlı məsələlər müzakirə etdiyini deyib.

Azərbaycan parlamentinin başçısı ilə görüşünə toxunan Qalibaf son vaxtlar Azərbaycanla bəzi anlaşılmazlıqların yarandığını deyib, bu problemlərin həll olunduğunu iddia edib.

O, gələcəkdə Bakıya səfərinin planlaşdırıldığını söyləyib.

Onun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb tranzit marşrutları ilə bağlı müzakirələr aparılıb və qərara alınıb ki, xarici işlər və müdafiə nazirləri və dövlət başçıları səviyyəsində üçtərəfli görüşlər keçirilsin və nəqliyyat, tranzit və ticarətlə bağlı məsələlər də gündəmə gətirilsin.

Qeyd edək ki, bir gün öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də oxşar bəyanatla çıxış edib.

Kənani Azərbaycan-İran arasında bir sıra anlaşılmamazlıqların olduğunu və hər iki tərəfin bunun həllinə çalışdığını bildirib, bir çox problemlərin artıq aradan qaldırıldığını iddia edib.

"Münasibətlərin nrmallaşdırılması və anlaşılmazlıqların aradan qaldırılması üçün Azərbaycan tərəfindən müsbət mesajlar almışıq",-deyə, İran XİN sözçüsü deyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar