Məsud Fəyyazi İran prezidentinin təhsil naziri vəzifəsinə parlamentə təklif etdiyi ikinci namizəddir.
Yayılan məlumata görə, bu gün İran parlamentinin iclasında bəzi deputatlar Məsud Fəyyazinin təhsil naziri postuna təyin edilib-edilməməsi haqqında çıxış etdikdən sonra məsələ səsə qoyulub.
Səsvermədə iştirak edən 260 deputatdan 115-i məsud Fəyyazinin lehinə, 140 deputat isə əlüyhinə səs verib, 5 nəfər də bitərəf qalıb.
Bununla da İran prezidentinin təhsil naziri vəzifəsinə təyin edilməsi üçün parlamentə təklif etdiyi namizədi deputatların etimad səsini qazana bilməyib.
A.M