SON XƏBƏRLƏR

Məhəmmədbaqir Qalibaf yenidən İran parlamentinin başçısı seçilib

2022.05.25, 07:17
Məhəmmədbaqir Qalibaf yenidən İran parlamentinin başçısı seçilib

Gunaz.tv

Bu, İran İslami Şura Məclisinin 11-ci dövründə sədr seçilməsi ilə bağlı keçirilən səsvermənin nəticəsində bəlli olub.

O, parlament üzvlərinin verdiyi 281 səsinin 194-ü qazanaraq yenidən vəzifəsində saxlanılıb.

Son aylar mediada yayılan məlumatlar vətəndaşların ağır iqtisadi durumuna baxmayaraq Qalibafın ailəsini alış-veriş üçün xaricə göndərməsi barədə məlumatlar yayıldığı üçün onun parlament sədrliyinə namizədliyini irəli sürməyəcəyi ehtimal edilirdi.

Qeyd edək ki, 2018-ci ildə "ictimai rəyi çaşdırmaq" və "İran dövlət rəsmilərini və İslam müqəddəslərini təhqir etmək" ittihamları ilə həbsə məhkum edilən jurnalist Əmirhüseyn Mirismaili bu yaxınlarda Türkiyəyə səfər edən İran parlamentinin sədri Qalibafın ailəsi haqqında "Twitter" paylaşımı edib.

"Dəqiq məlumat əldə etmişəm ki, Məhəmmədbaqir Qalibafın xanımı, qızı və kürəkəni İstanbula səfərləri zamanı Maslak məhəlləsində yerləşən "Skyland" lüks yaşayış kompleksində ümumi dəyəri 40 milyard tümən olan iki mənzil satın alıblar"-deyə, jurnalist yazıb.

O, qeyd edib ki, mənzilin yerləşdiyi "Skyland" kompleksi Belqrad meşələrinin yaxınlığında və Qalatasaray futbol klubunun stadionunun yanında yerləşdiyi üçün ən bahalı komplekslərdən sayılır.

Məlumat və görüntülərin yayılmasından sonra məsələ sosial media istifadəçiləri və müxalif media nümayəndələrinin sərt reaksiyası ilə qarşılaşıb və onlar xalqı qənaət etməyə çağıran İran rəsmilərinin riyakar, korrupsioner olduqlarını yazıblar. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar