SON XƏBƏRLƏR

Güneyli soydaşlarımızın Azərbaycana dəstəyi İranda narahatlıq yaradıb: "Onlar fitnəyə uymayacaqlar"-İranlı vitse-spiker

2021.10.20, 07:36
Güneyli soydaşlarımızın Azərbaycana dəstəyi İranda narahatlıq yaradıb: "Onlar fitnəyə uymayacaqlar"-İranlı vitse-spiker

Gunaz.tv

Tehran rəsmilərinin çıxışlarını təkrar edən millət vəkili İran sərhədləri yaxınlığında hər hansı geopolitik dəyişikliyə imkan verilməyəcəyini deyib.

Əli Nikzadın çıxışından son günlər İran ordusu sıralarında qulluq edən Azərbaycan türklərinin müxtəlif vasitələrlə Azərbaycan Respublikasına dəstək nümayiş etdirməsindən narahat olduğu bəlli olub.

“Ölkənin şimal-qərbində yaşayan əhali və azəri türkləri İranın və İslam Cümhuriyyətinin əsgərləridirlər. Onlar fitnə və ixtilafların əsirinə çevrilməyəcəklər”-deyə, İran parlamenti sədrinin müavini bildirib.

Əli Nikzad həmkarlarının ənənəvi çıxışlarına uyğun olaraq ad çəkmədən Azərbaycana qarşı hədə-qorxu gəlib və 44 günlük müharibə dövründə Azərbaycana dəstək verdiklərini iddia edib.

“Qonşular İranla danışdıqlarını başa düşməli, başqasına söykənməyin nəticəsinin pis olacağını anlamalıdırlar”- millət vəkilli belə deyib. 

Qeyd edək ki, Əli Nikzad İranda hakimiyyətdə olan mühafizəkar qanadın təmsilçilərindən sayılır.

O, iki dəfə İran prezidenti İbrahim Rəisinin seçki qərargahının başçısı olub və hazırkı prezidentə yaxın şəxslərdən hesab edilir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar