SON XƏBƏRLƏR

İran polisinin hicaba görə döydüyü gənc qadın ölüb-Tehranda etiraz aksiyası keçirilib-VİDEO

2022.09.16, 16:29
İran polisinin hicaba görə döydüyü gənc qadın ölüb-Tehranda etiraz aksiyası keçirilib-VİDEO

Gunaz.tv

Sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında komada olan gənc xanım dünyasını dəyişib.

Məhsa Əmininin ölüm xəbərinin yayılmasından sonra onun yaxınları və paytaxt sakinləri xəstəxananın qarşısına toplaşaraq hökumətə qarşı şüarlar səsləndiriblər.

Məlumatda Kəsra xəstəxanasının qarşısında təhlükəsizlik və polis qüvvələri ilə vətəndaşlar arasında baş verən qarşıdurma zamanı çox sayda insanın həbs edildiyi bildirilir.

Məhsa Əmininin öldürülməsinə cavab olaraq Beynəlxalq Əfv Təşkilatı bəyanat yayıb.

Qurum onun şübhəli ölümünə səbəb olan hallar, o cümlədən təcridxanada işgəncə və digər pis rəftar xəbərləriin cinayət işi üzrə araşdırılmasını tələb edib.

Qeyd olunub ki, olaya görə məsuliyyət daşıyan bütün məmurlar  məsuliyyətə cəlb edilməlidir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar