SON XƏBƏRLƏR

İran prezidentinin çadra ilə bağlı çıxışı sosial şəbəkədə gülüş doğurdu

2022.06.10, 16:51
İran prezidentinin çadra ilə bağlı çıxışı sosial şəbəkədə gülüş doğurdu

Gunaz.tv

Rəisi Şəhri-Kord şəhərinin istehsal müəssislərindən birində görüşü zamanı hicab fabriki məhsullarının keyfiyyətinin yüksəldilməsinin vacibliyindən danışıb.

O, deyib ki, istehsalın artırılması ölkənin bu sahədə özünü təmin etməsinə səbəb olacaq və idxala ehtiyac qalmayacaq.

“Bu fabrik hazırda aylıq 600 min kvadratmetr istehsal gücünə, illik 10 milyon kvadratmetr müxtəlif naxışlı qara çadıra parça istehsalına potensialına malikdir. İnkişaf ettdirildiyi halda isə bunu ildə 26 milyon kvadratmetrə çatdıra bilər”-deyə, Rəisi bildirib.

Rəisinin səfərindən yarımçıq qalan vacib layihələrin tamamlanmasını, yeni iş yerlərinin açılması üçün tədbirlər görülməsini gözləyən Çahar-Mahal və Bəxtiyari əhalisi bu çıxışdan məyus olub. Bu,  özünü sosial media paylaşımlarında göstərib.

Sosial media istifadəçiləri prezidentin vətəndaşları ələ saldığını və problemlərin qara çadıra və hicab parçasının çatışmazlığında xülasə etməklə əyalət sakinlərini avam yerinə qoyduğunu yazıblar.
Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar