SON XƏBƏRLƏR

İran prezidenti Türkiyəyə səfər edəcək

2023.01.04, 07:07
İran prezidenti Türkiyəyə səfər edəcək

Gunaz.tv

İran prezidenti İbrahim Rəisinin Türkiyəyə gözlənilən səfərinin təxirə salınmasına toxunan Kalın "Tarix hələ məlum deyil, ancaq yaxın bir neçə həftə ərzində baş tutacaq" deyib.

O, İranda baş verən son hadisələr və onların güclənməsinin mümkünlüyü ilə bağlı sualın cavabında bu hadisələrin kədərli və narahatedici olduğunu bildirib.

"Ümid edirik ki, bu hadisələr əsas hüquq və azadlıqların qorunması üçün bir struktura çevriləcək",- deyə, Türkiyə prezidentinin mətbuat katibi qeyd edib.

O, İranın Ermənistanı dəstəkləyən bəyanatların Azərbaycan tərəfi qədər Türkiyəni də narahat etdiyini bildirərək, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın regionun sülhü və sabitliyi üçün birgə çalışmalı olduğuna diqqət çəkib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar