SON XƏBƏRLƏR

İran prezidentinin birinci müavininin panfarsist çıxışı etirazlara səbəb oldu

2022.02.15, 06:29
İran prezidentinin birinci müavininin panfarsist çıxışı etirazlara səbəb oldu

Gunaz.tv

Qeyri-fars sosial media istifadəçiləri paylaşdıqları statuslarda onu sərt tənqid ediblər.

Məhəmməd Müxbir fars dilinin inkişaf etdirilməsi ilə bağlı çıxışında bunun Əli Xamneyinin də arzusu olduğunu deyib.

“Fars dilinin elmi nüfuzunun artmasından sonra zaman və məkan məhdudiyyətləri bir kənara qoyulacaq. İslam Respublikasının ali rəhbərinin istəklərindən biri fars dilinin elmi nüfuzunun artması, aparıcı elmi dilə səviyyəsinə çatmasıdır”-deyə, birinci vitse prezident fevralın 14-də bildirib.

Qeyd edək ki, bundan öncə də İranın rəsmi dövlət adamları fars dilinin bölgədə, xüsusilə Qafqazda aparıcı dilə çevrilməsi ilə bağlı çıxışlar edib, bunun gerçəkləşməsi üçün daha çox vəsaitin ayrılmasını istəyiblər.

Bunun reallaşması üçün Əli Xamneyinin ofisinə bağlı və ideolojik təbliğat işləri  aparan İran Mədəniyyət mərkəzləri, İrana bağlı qeyri-hökumət təşkilatları və dini qruplar  bölgə ölkələrində fəaliyyət göstərir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar