SON XƏBƏRLƏR

MAQATE: “İran Kərəc təsisatındakı kameraların yaddaş kartını dəyişməyə imkan verməyib”

2021.10.20, 07:36
MAQATE: “İran Kərəc təsisatındakı kameraların yaddaş kartını dəyişməyə imkan verməyib”

Gunaz.tv

MAQATE ilə Tehran arasında aparılan çoxlu danışıqlardan sonra İran iki həftə əvvəl (sentyabrın 13-də) Agentlik müfəttişlərinə əksər nüvə mərkəzlərində quraşdırılmış kameraların yaddaş kartını dəyişməyə icazə vermişdi.


Bəyanatda bildirilir ki, İran iki həftə əvvəl əldə olunmuş razılaşmanın şərtlərini pozaraq, Agentlik müfəttişlərinin nüvə mərkəzlərindəki yoxlama işinin qarşısını alıb.


“İran, Kərəc Sentrifuqa Texnologiya Şirkətinin təsisatlarında (TESA) quraşdırılmış kameraların yaddaş kartını dəyişməyə imkan verməyib”, -deyə MAQATE-nin bəyanatında bildirilir.


İranın MAQATE müfəttişlərinə Kərəc Sentrifuqa Texnologiya Şirkətinin təsisatlarında (TESA) quraşdırılan kameraların yaddaş kartının dəyişməsinə icazə verməməsinin səbəbini açıqlamasa da, bəzi beynəlxalq mənbələrin dediyinə görə, İran Agentlik müfəttişlərinin işinə mane olmaqla sözü gedən təsisatda apardığı bir sıra gizli və qanunsuz fəaliyyətlərinin izini itirməyə çalışır. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar