SON XƏBƏRLƏR

İran rəhbərinin nümayəndəsi qonşu ölkəyə qarşı ərazi iddiası edib

2022.09.09, 05:00
İran rəhbərinin nümayəndəsi qonşu ölkəyə qarşı ərazi iddiası edib

Gunaz.tv

İranın rəhbəri Əli Xamneyinin “Keyhan” media orqanındakı nümayəndəsi və radikal mühafizəkar qanada mənsub Hüseyn Şəriətmədari Bəhreynin İrana birləşdirilməsini tələb edib.

O, bunun Bəhreyin xalqının istəyi olduğunu iddia edib və başqa dövlətlərin buna hörmətlə yanaşmasını istəyib.

"Region hökumətləri Bəhreyn xalqının əsas tələbini, yəni İslami İranın qucağına qayıtmağı qəbul etməli və bilməlidirlər ki, İslami oyanış dövründə İran inqilabı modeli ilə bir qrupun xalq üzərində hakimiyyəti və milli sərvətlərin talan edilməsi mümkün deyil"-deyə, Hüseyn Şəriətmədari bildirib.

Qeyd edək ki, “Keyhan”ın məsulu radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əli Xameneyinin göstərişi ilə bu vəzifəyə təyin olunub.

Burada gedən yazılar İranın ali rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın və ETTELAAT-ın mövqelərini əks etdirir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar