SON XƏBƏRLƏR

İran rəsmilərinin qovulması üçün onlayn kampaniya 200 000 imza sayına yaxınlaşır

2022.10.17, 10:05
İran rəsmilərinin qovulması üçün onlayn kampaniya 200 000 imza sayına yaxınlaşır

Gunaz.tv

İngiltərə, Kanada, Amerika, Yaponiya, Almaniya, Fransa və İtaliyanın xarici işlər nazirlərinə ünvanlanan bu kampaniya İran xalqının Məhsa Əmininin qətlindən sonra ümumölkə etirazlarının vəhşiliklə və zorakılıqla yatırılmasına işarə edir. 

Bu ölkələrin başçılarından xahiş edilir ki, İslam Respublikasının səfirləri və ya beynəlxalq təşkilatlardakı nümayəndələri dərhal "arzuolunmaz şəxslər" adlandırılsın.

İranda etirazçılara qarşı qeyri-qanuni və qeyri-insani rəftara etiraz olaraq öz ölkələrindən qovulsunlar.

Oktyabrın 15-də Kanadada başlanan bu kampaniya həm də bu ölkələrdən “İran həbsxanalarından məhbusların azad edilməsini qəti və açıq şəkildə tələb etməyi” istənilir.

"Bizi yalnız hakimiyyətə qarşı çıxdıqlarına görə həbsə atılan bir çox dustaqların, o cümlədən siyasi məhbuslar, mədəni fəallar, incəsənət xadimləri, dini və etnik azlıqların nümayəndələri, əmək fəalları və digərləri və ikimillətli məhbusların həyatı narahat edir",- deyə, bir neçə təşkilatın imzaladığı bəyanatda bildirilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar