SON XƏBƏRLƏR

İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti tam bərpa olunmayıb-Rəsmilərin vədi özünü doğrultmur

2021.11.02, 13:46
İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti tam bərpa olunmayıb-Rəsmilərin vədi özünü doğrultmur

Gunaz.tv

İran rəsmiləri əvvəldə kiber-hücumun fəsadlarını bir gün içində aradan qaldıracaqlarını, ölkənin bütün 4300 yanacaqdoldurma məntəqəsinin yenidən ağıllı sistemə qoşulacağı barədə dəfələrlə vaxt təyin etsələr də, onların verdiyi vədlər yenidən puça çıxaraq, özünü doğrultmayıb.


İranın Neft Məhsullarının Emalı və Paylanışı üzrə Milli Şirkətinin icraçı direktoru Cəlil Salari yaranmış problemlə bağlı mediaya açıqlamasında iddia edib ki, bütün 4300 yanacaq doldurma məntəqəsinin ağıllı sistemə qoşulması prosesi bu gün (noyabrın 2-si) axşam saatlarına qədər başa çatacaq.


“Öıkə üzrə 4300 yanacaq doldurma məntəqəsindən artıq 3700-dən çoxu artıq ağıllı sistemə qoşulub və yalnız 300-ü qalır ki, onlar da yanacağı azad bazar qiymətinə müştərilərə satırlar.


Artıq bu gün axşama qədər bütün 4300 yanacaq doldurma məntəqəsinin ağıllı sistemə qoşulması təmin ediləcək və həmin məntəqələrdə ağıllı yanacaqdoldurma kartlarından istifadə etmək mümkün olacaq”, -deyə İranın Neft Məhsullarının Emalı və Paylanışı üzrə Milli Şirkətinin icraçı direktoru Cəlil Salari ölkə vətəndaşlarına verdiyi yeni vədində bildirib. 


Xatırladaq ki, oktyabrın 26-da İranda kiber-hücum nəticəsində paytaxt Tehranda və digər şəhərlərdə fəaliyyət göstərən 4300 yanacaq doldurma məntəqəsinin işinə xələl gətirilib. 


İran rəsmiləri kiber-hücumun mənşəyi və səbəbi barədə müxtəlif frikirlər səsləndirsələr də, hücumun İsrail tərəfindən həyata keçirilməsi təxmin edilir.


 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar