SON XƏBƏRLƏR

“Ölkədə əhalinin sekulyar hakimiyyətə meyillənməsi güclənib"-İran rəsmisi

2022.01.17, 12:10
“Ölkədə əhalinin sekulyar hakimiyyətə meyillənməsi güclənib"-İran rəsmisi

Gunaz.tv

Taqı Rüstəmvəndi bu barədə yanvarın 26-da Tehranda keçirilən bir tədbirdə çıxışında deyib ki, əhalinin sekulyar bir hakimiyyətə meyillənməsi prosesi də güclənib.

T.Rüstəmvəndi deyib ki, onun başçılıq etdiyi təşkilatın apardığı araşdırmaların nəticəsi göstərir ki, İranda əhalinin dözümlülüyü getdikcə azalaraq, etiraza və digər ölkələrə mühacirət etməyə tendesiyası sürətlə artmaqdadır.

“Bütün göstəricilər bunu deməyə əsas verir ki, ölkədə köklü dəyişiklərin baş verməsinə və əhalinin sekulyar bir hakimiyyətə meyillənməsi güclənməkdədir. Bu isə ciddi nigaranlığa səbəb olan bir amildir.

Ölkədəki mövcud səriştəsizliklər səbəbi ilə insanların baxış tərzi dəyişərək elə bir istiqamətə yönəlir ki, guya din hakimiyyəti ölkə problemlərinin həllində acizdir və guya sekulyar və qeyri-dini bir hakimiyyət daha yaxşı ölkə problemlərinin həllinin öhdəsindən gələ bilər. 

İnsnanların belə bir tendensiyası artıq gündən-günə güclənir və əgər biz ölkə əhalisinin belə bir nəticəyə gəlib çatdığını görüb hiss etsək, o zaman hamımız üçün həyəcan təbili çalınacaq”, -deyə İranın daxili işlər nazirinin müavini, İctimai İşlər Təşkilatının rəisi Taqı Rüstəmvəndi bildirib.

Rüsctəmvəndi həmçinin ölkə əhalisinin ruhanilər hakimiyyətindən sürətlə uzaqlaşdığına eyham vuraraq, hazırda İran İslam Respublikası cəmiyyətində yaşanan dərin promlerdən nümunələr də gətirib.

“Ölkədə baş alıb gedən yoxsulluq və işsizlikdən başqa, hazırda ölkə əhalisinin 13 milyonu yaxını iri şəhərlər ətrafındakı gecə qondularda və daxmalarda yaşayır, hər il 60 minə yaxın insan siqaretdən həyatını itirir, 400 minə yaxın isə gizli və qacnunsuz abort həyata keçirilir”, -deyə Taqı Rüstəmvəndi bəyan edib. 

Rüstəmvəndi ölkədə islam rejimi cəmiyyətindəki problemlərdən danışaraq, öz çıxışında İran İslam Respublikasında 10 milyona yaxın narkoman insanın acınacaqlı durumuna toxunmayıb.

 A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar