SON XƏBƏRLƏR

İran rəsmisi: “Gəmilərimizin Çin limanlarına girişinə qadağa qoyulub”

2021.10.20, 07:36
İran rəsmisi: “Gəmilərimizin Çin limanlarına girişinə qadağa qoyulub”

Gunaz.tv

O deyib ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi sanksiyalara görə İran gəmilərinin inin bəzi mühüm limanlarına girişinə qadağa qoyulub.


“Ötən ildən başlayaraq, ticari gəmilərimizin Çinin mühüm limanlarına girişinə və onların həmin limanlarda lövbər salmasına icazə verilmir. Biz ötən 4 aya qədər də tam hərəkətdən dayanmışdıq. Lakin hələ də Çinin bir sıra mühüm limacnlarına girişimizə icazə verilmir”, -deyə Məhəmmədrza Müdərris Xiyabani bildirib.


Müdərris Xiyabani həmçinin deyib ki, İran Gəmiçilik Təşkilatında fəaliyyət göstərən gəmiləri yanacaqla təmin etmək də böyük bir problemə çevrilib.


“Bizim üz-üzə qaldığımız çətinliklər çoxdur. Biz nəinki xarici ölkələrdə bank əməliyyatlarının aparılması ilə bağlı məhdudiyyətlərlə qarşılaşmışıq, hətta ölkə daxilindəki banklar da bizim maliyyə mənbələrimizi blokadaya alıblar. Baxmayaraq ki, bizim İranın Ali Milli Təhlükəsizlikdən aldığımız lazımi lisenziyalarımız da var”, -deyə İran Gəmiçilik Təşkilatının icraçı direktoru Məhəmmədrza Müdərris Xiyabani bildirib.


Müdərris Xiyabani ABŞ sanksiyalarından başqa, İranın ticari gəmilərinin Çin limanlarına buraxılmamasının digər səbəblərini açıqlamayıb. 

بندر چینگ‌دائو در چین

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar