Xeyrulla Xadimi Nurduz sərhədindən Ermənistana gedən İranın tranzit yük maşınları üçün alternativ marşrut kimi nəzərdə tutulmuş Tatu (Tatev) yoluna baxış keçirəcək.
Bu barədə oktyabrın 4-də İranın “Mehrnews” agentliyi məlumat yayıb. Bildirilir ki, İrəvana səfərdə Xeyrulla Xadimini İranın bir texniki-mühəndislik heyəti müşayiət edəcək.
Yayılan məlumata əsasən, Xeyrulla Xadiminin başçılıq etdiyi İranın nümayəndə heyəti Ermənistan rəsmiləri ilə görüşdə Gorus-Qapan marşrutunun alternativi kimi nəzərdə tutulmuş Tatu (Tatev) yolunun yenidən qurulması üçün birgə əməkdaşlığın aparılması xüsusunda danışıqlar aparacaq.
Qeyd edilir ki, Tatu (Tatev) marşrutu Ermənistan tərəfindən Gorus-Qapan yolunun alternativi kimi nəzərdə tutulub, lakin bu yolun infrastrukturunda bir sıra çatışmazlıqlar olduğuna görə iri həcimli yük maşınları hərəkət edərkən müəyyən problemlərlə üz-üzə qala bilərlər.
Bildirilir ki, İran nümayəndə heyətinin erməni tərəfi ilə keçirəcəyi görüşlərdə həmin problemlərin həll yolları araşdırılacaq, barəsində müzakirələr aparılacaq.
A.M