SON XƏBƏRLƏR

İran rəsmisi İraqın bu ölkəyə olan borcundan 5 milyard dollar ödəməsi ilə bağlı xəbəri təkzib edib

2021.12.15, 12:53
İran rəsmisi İraqın bu ölkəyə olan borcundan 5 milyard dollar ödəməsi ilə bağlı xəbəri təkzib edib

Gunaz.tv

Bildirilir ki, İraqın “Əl-Əhd” informasiya agentliyi son günlər İraq hökumətinin İrandan aldığı qaz və elektrik enerjisi üçün İrana olan 7,2 milyard dollar borcundan 5 milyard dollarını Tehrana qaytardığını iddia edərək bu barədə barədə məlumat yaymışdı.

İraqın “Əl-Əhd” informasiya agentliyinin bununla bağlı yaydığı xəbəri təkzib edən Həmid Hüseyni deyib ki, İraqın İrana ödənişləri çox cüzi olub.

“İraq hökuməti bəzən çox kiçik ödənişlər edir, qarşısında isə bu ölkənin İrana olan borcları gündən-günə artır. Belə ki, İraqın ödənişləri onun bizdən aldığı qaz və elektrik enerjisinin pulu qədər də deyil”, -deyə İran-İraq Birgə Ticarət Palatasının rəyasət heyətinin üzvü Həmid Hüseyni bildirib.

Xatırladaq ki, İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri dekabrın 9-da mediaya açıqlamasında sanksiyalar nəticəsində İranın dünya ölkələrinin banklarında blokadaya alınmış pullarından 3 milyard 500 milyon dollarının azad edildiyini bildirmişdi.

“Yaxın gələcədə blokadaya alınmış pullarımızdan daha bir hissəsi azad ediləcək”, -deyə Mehdi Səfəri iddia etmişdi. 

Həmin açıqlamadan bir neçə saat sonra ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dekabrın 9-da jurnalistlərə açıqlamasında İran tərəfinin blokadaya alınmış pulların azad edilməsi ilə bağlı iddiasını təkzib etmişdi.

“Amerika və tərəfdaşları son 11 ay ərzində İranın blokadaya alınmış heç bir pulunu azad etməyiblər və həmin pulların azad olunması ilə bağlı yayılan bütün xəbərlər düzgün deyil”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirmişdi.

B978ECF9-A220-4A37-9D59-F011A8BC5215_w1023_r1_s.jpg

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar