SON XƏBƏRLƏR

İran rəsmisi: “Türkiyə Suriya iqtisadiyyatının 30 faizini ələ keçirib, biz isə yalnız 3 faizini”

2021.11.22, 14:47
İran rəsmisi: “Türkiyə Suriya iqtisadiyyatının 30 faizini ələ keçirib, biz isə yalnız 3 faizini”

Gunaz.tv

İranın regional iqtisadi diplomatiyasının çox zəif olduğunu bildirən Məhəmməd Əmirzadə İranı Türkiyə ilə müqayisə edərək, Tehranın Suriyada qonşu Türkiyədən xeyli geri qaldığını və iqtisadi fürsətlərdən vaxtında istifadə edə bilməməsindən gileylənib.

“Hazırda Türkiyə Suriya iqtisadiyyatının 30 faizini ələ keçirib, biz isə yalnız 3 faizini. Bu isə təəssüfləndiricidir.

Biz hətta güclü qatıldığımız bəzi sahələrdə də qəbulediləsi bir siyasət yürüdə bilməmişik. 

Təəssüflər olsun ki, biz bir çox tarixi fürsətlərdə qarşılıqlı əlaqələri seçmək əvəzinə gərginliyi seçmişik və bu seçimin mənfi nəticələri dəfələrlə müxtəlif göstəricilərdə özünü göstərib.

Türkiyə Statiostika Mərkəzinin son hesabatı göstərir ki, bu ölkənin cari ilin yanvarından sentyabr ayının sonuna qədər Suriyaya 1,5 milyard ollardan çox ixracatı olub, bu isə ötən ilki dövrlə müqayisədə Türkiyə ixracatında 31 faiz artım olduğunu göstərir. 

İran Ticarət və İnkişaf Təşkilatının statistikaları isə göstərir ki, 2021-ci ilin aprelindən indiyə qədər İranın Suriyaya ümumi ixracatının həcmi hətta 104 milyon dollara da çatmır. 

Həmçinin son 9 ayda Türkiyənin Suriyadan ümumi idxalatının həcmi təxminən 134 milyon dollar civarında olub, halbuki İranın son 7 ayda Suriyadan idxalatının ümumi dəyəri yalnız 17 milyon dollar təşkil edir”, -deyə İran Ticarət Palatasının rəisinin müavini Məhəmməd Əmirzadə bildirib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar