İran rəsmisi yenə Azərbaycanı hədələdi: "Xarici qüvvələrə söykənməklə..."

06.10.2021, 11:32

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəisi Kamal Xərrazi oktyabrın 5-də mediaya açıqlamasında Azərbaycan rəhbərlərinə bölgədə yeni bir savaşın alovlandırılmasına şərait yaradılması barədə xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

O deyib ki, Azərbaycan rəsmiləri muğayat olmalı və strateji bir səhvə yol verməklə regionda müharibəni alovlandırmamalıdırlar.


“Biz, Azərbaycan ərazilərinin 30 illik işğaldan sonra azad edilməsini alqışlayırıq.

Əlbəttə bizim əvvəldən Aərbaycanın mərhum prezidenti Heydər Əliyevə tövsiyəmiz bu idi ki, İranın maddi -texniki təchizatı və təliminin köməyi ilə ölkənin silahlı qüvvələrini gücləndirsin, sonra isə ölkənin işğal olunmuş ərazilərini öz qüvvələrinin əli ilə azad etsin. 


Lakin təəssüflər olsun ki, bizim bu tövsiyəmiz onun tərəfindən qəbul edilmədi və bunun nəticəsi də Azərbaycanın əcnəbi güclərə saha artıq söykənməsinə və xarici qüvvələrə üz tutmasına gətirib çıxardı.


Şübhəsiz ki, sionist rejim umacağı olmadan Azərbaycanda  yuva qurmayıb və onun pis niyyəti və məkrli planları var. Belə ki, Aərbaycaznın indiki hakimiyyətinin səhvi ucbatından bölgədə savaşı alovlandırmaq istəyir, bu isə müsibətli bir faciəyə səsəb olacaq.
 

Bizim isə Azərbaycan rəsmilərinə tövsiyəmiz odur ki, xarici qüvvələrə söykənməklə təhlükəsizliyi satın almaqfikri və illüziyasını başlarından çıxarsınlar və öz xalqına güvənsinlər.

Çünki Azərbaycanın öz əlləri ilə öz ölkəsinin təhlükəsizliyini qorumağı bacaran mübariz və qəhrəman xalqı var”, -deyə İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəisi Kamal Xərrazi mediaya açıqlamasında Azərbaycan rəhbərlərinə bölgədə yeni bir savaşın alovlandırılmasına şərait yaradılması ilə bağlı etdiyi xəbərdarlığında bildirib.


Qeyd edək ki, son günlər İran parlamentinin bir sıra deputatları və digər yüksək vəzifələri rəsmiləri açıq-aşkar Ermənistanın tərəfini tutaraq, Azərbaycan Respublikasına və onun rəhbərliyinə qarşı təhdid və təhqir dolu sərsəm bəyanatlar səsləndiriblər. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07