SON XƏBƏRLƏR

İran rəsmisinin qardaşı xarici ölkədən sığınacaq aldı

2023.01.10, 21:35
İran rəsmisinin qardaşı xarici ölkədən sığınacaq aldı

Gunaz.tv

Axar.az xəbər verir ki, o ölkəni tərk etməsinin səbəbi kimi qardaşı oğlunun SEPAH-ın 2020-ci il yanvarın 8-də Tehran səmasında vurulan Ukrayna təyyarəsində öldürülməsini göstərib.

“Qardaşım oğlu Məhəmməd Əmin Cəbəli SEPAH-ın vurduğu təyyarədə öldürüldü. Qardaşım Peyman Cəbəli hakimiyyətin tərəfini saxladı və onun qanının batmasına səbəb oldu”, - o deyib.

M.Cəbəlinin hansı ölkədən sığınacaq aldığı barədə açıqlama verilməyib.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH-ın iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus Boeing-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. (Axar.az) 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar