SON XƏBƏRLƏR

SEPAH İraqı hədələdi-Hərbi əməliyyatlar başlana bilər

2022.11.19, 11:55
SEPAH İraqı hədələdi-Hərbi əməliyyatlar başlana bilər

Gunaz.tv

O, bildirib ki, İraq hökuməti bu ölkənin şimalındakı Kürdüstan muxtar bölgəsində yerləşən kürd silahlı təşkilatlarını tərki silah etməsə SEPAH-ın quru qoşunları hərbi əməliyyatlara başlayaya bilər.

İraqın prezidenti, baş naziri və şiə cərəyanlarının rəhbərləri ilə görüşən SEPAH rəsmisi Bağdad ökumətindən İraq Kürdüstanı ilə İran sərhəddində iraqlı əsgərlərin yerləşdirilməsini tələb edib.

"Assoşieyted press" xəbər agentliyi İraq və kürdüstan bölgəsinin bir neçə rəsmisinə istinadən İsmail Qaaninin bu təhdidinin nə dərəcədə ciddi olub-olmadığını, ancaq bunun İraqı çətin vəziyyətə saldığını yazıb.

Rəsmi Badad SEPAH komandirinin iddialarını sübut edə biləcək heç bir dəlilin olmadığını bildiriblər.

İran İslam Respublikasının hakimiyyət orqanları İraq Kürdüstanında yerləşən kürd partiyalarını dəfələrlə etiraz aksiyaları təşkil etməkdə və İran ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edib.

Kürd partiyaları bu ittihamları rədd etməklə yanaşı İranın ictimai rəyi hazırda hökumət əleyhinə keçirilən etirazlardan yayındırmağa çalışdığını deyirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar