SON XƏBƏRLƏR

İranda türkçə çəkilmiş “Mehdinin Mövqeyi” filmi Fəcr Film Festivalının qalibi olub

2022.02.16, 04:58
İranda türkçə çəkilmiş “Mehdinin Mövqeyi” filmi Fəcr Film Festivalının qalibi olub

Gunaz.tv

Hadi Hicazifərin rejissor, ssenarist və baş rol aktyoru olduğu kinofilm İran-İraq müharibəsində öldürülən məşhur komandir və Urmunun keçmiş bələdiyyə başçısı Mehdi Bakirinin həyatından bəhs edir.

Türk dilində çəkilmiş film İranın əsas illik film festivalı olan Fəcr Festivalında “ən yaxşı film”, “ən yaxşı ilk film”, “ən yaxşı səs yazısı”, “ən yaxşı musiqi” və “ən yaxşı xüsusi effektlər” üçün “Büllur Simurq” mükafatını almağa nail olub.

Qeyd edək ki, filmin özəlliklə türklər yaşayan bölgələrdə maraqla qarşılanması onun türk dilində çəkilməsi ilə bağlıdır.

Hazırda İranda böyük ekranlarda olan türkdilli “Atabay” filmi xüsusilə Hazırda İranda böyük ekranlarda olan türkdilli “Atabay” filmi xüsusilə Güney Azərbaycanda əldə etdiyi uğur sayəsində hazırkı dövrdə İranda ən çox satılan filmlər sırasındadır.

Hicazifərin yeni filminin də türk dilində olması mübahisə mövzusu olub. O, “Mehdinin Mövqeyi” filminin mətbuat konfransında filmin türk dilində çəkilməsinin səbəblərini açıqlayıb.

“Təəssüf ki, biz dil və mədniyyət müxtəlifliyinin gözəlliklərindən xəbərsizik. Hər şeyi memarlıqda olduğu kimi tək şəkil və tək formaya çevirməyə çalışırıq. Həqiqətən türkcə film çəkməkdə israrım yoxdur.

Ancaq mən türkəm, sizinlə danışdığım zaman zehnim bu söhbəti türkcəyə çevirir və mən yenidən onu farscaya tərcümə edirəm”,deyə, Hicazifər “İRNA” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

“Mehdinin Mövqeyi” filminin əsas xarakteri Mehdi Bakiri Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin keçmiş bələdiyyə başçısı və İran-İraq müharibəsində türklərdən ibarət olan 31-ci Aşura diviziyasının komandiri olub. 

O, 1985-ci ilin mart ayında 31 yaşında müharibədə öldürülüb. Bakiri İran-İraq müharibəsinin ən önəmli fiqurlarından biri hesab edilir. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar