SON XƏBƏRLƏR

“İran ərazisində bir neçə cümhuriyyət yarana bilər”-Əhməd Obalı İTV-yə müsahibə verib-VİDEO

2022.11.15, 21:24
“İran ərazisində bir neçə cümhuriyyət yarana bilər”-Əhməd Obalı İTV-yə müsahibə verib-VİDEO

Gunaz.tv

Əhməd Obalı deyib ki, baş verənlər ciddi proseslərdir, şüarlar fərqlidir: “GAMAC olaraq prosesləri müzakirə etmişik. 

Gələcək hadisələrə hazır olmasaq prosesləri uduza bilərik. Qərara gəlmişik ki, proses inqilaba doğru gedir. Bu inqilabın nəticəsində təkcə hakimiyyət dəyişikliyindən söhbət getmir. 

Ümumilikdə məmləkətdə daha fərqli görüntü yaranacaq. Sovetlər Birliyinin sonundakı kimi İranda da millətlər öz dövlətini quracaq. İran ərazisində bir neçə cümhuriyyət yarana bilər. Güney Azərbaycan cümhuriyyətinin yaranması da realdır. 

Bunu etirazlarda səslənən şüarlar da göstərir”. 
Əhməd Obalı deyib ki, çoxmillətli dövlət olan İranda xalqlar öz dövlətlərini qurmaq istəyir: “Qarşıda qalmaqallı günlər var. Biz ona hazır olmalıyıq”.

Əhməd Obalı bildirib ki, fars rejimi 100 ildən artıqdır ki, qeyri-fars millətlərinə qarşı asimilyasiya siyasəti aparıb, türk toplumlarını parçalamağa çalışıb: “Farsların sayı azdır, amma torpağı böyükdür. 

Boş sahələrdir, səhradır. İsfahandan Kirmana doğru gedəndə hər yer səhradır. İranda azərbaycanlıların sayı farslardan çoxdur. 

Amma mütləq əksəriyyət deyilik. Yəni 100-də 50 deyilik. Rejim Qaşqay türklərini başqa millət kimi təqdim edir. Halbuki onlar elə bizim kimi danışır. Dillərinə müəyyən qədər fars kəlmələri qatılıb. 

Məşhəd tərəfdə Türkmənistanın cənubunda türkmənlərin sayı 2 milyon yazılıb. Xorasan türklərinin sayı 1 milyon göstərilir. Bunların hamısı azərbaycanlılardan ibarətdir. Türkmənlərlə də dil təxminən eynidir. 

Son etirazlar göstərir ki, Güney Azərbaycan türkləri öz dövlətini qurmaq əzmindədir. Bunu çüarlar da göstərir. Təbrizdə şüarlardan biri “Millətlərə istiqlal, qadınlara azadlıq” idi”.

Müsahibənin tam variantını aşağıdakı linkdən izləmək mümkündür.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar