SON XƏBƏRLƏR

İran Ərbilə raket hücumunun məsuliyyətini öz üzərinə götürdü

2022.03.13, 13:28
İran Ərbilə raket hücumunun məsuliyyətini öz üzərinə götürdü

Gunaz.tv

“Sionist rejimin son cinayətləri və bu bədxah rejimin şərlərinin cavabsız qalmayacağına dair bundan öncəki bəyanatdan sonra dünən gecə sionist fitnə və şərinin strateji mərkəzi İslam İnqilabı Keşikçiləri Korpusunun güclü raketləri ilə hədəfə alındı”-deyə, SEPAH-ın bəyanatında bildirilir.

Bəyanatda bundan sonrada İsrailin hərhansı “pisliyinə” qəti cavab veriləcəyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, bazar günü gecə İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəkəri endirilib və Fateh-110 balistik raketlərinin Təbriz ətrafında yerləşən raket buraxılış mərkəzlərindən birindən atıldığı iddia olunur.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar