SON XƏBƏRLƏR

İran Mərkəzi Bankı: “Ölkədə icarə haqları 55 faiz artıb”

2021.11.29, 14:42
İran Mərkəzi Bankı: “Ölkədə icarə haqları 55 faiz artıb”

Gunaz.tv

Hesabatda bildirilir ki, İranın müxtəlif şəhərlərində, o cümlədən də paytaxt Tehranda əvvəlki aylara nisbətə icarə haqları kəskin dərəcədə artıb.

“Bu ilin noyabr ayında Tehranda ötən ilin noyabr ayı ilə müqayisədə icarə haqları 51.1 faizi, digər şəhərlərdə isə ümumilikdə 54.9 faiz artıb.

Ötən ayda isə təkcə paytaxtda yaşayış binalarında hər 1 kvadrat metrin qiyməti 32 milyon tümənə yüksəlib. Bu isə tarixi bir rekorddur”, -deyə İran Mərkəzi Bankının yaydığı hesabatında bildirilir.

İran Mərkəzi Bankı ölkədə icarə haqlarının artmasının səbəbini açıqlamasa da, təxmin edilir ki, ölkədə dolların məzənnəsinin gündən-günə artması, milli valyuta Rialın isə dollara nisbətən öz dəyərini kəskin itirməsi, sərmayələrin mənzil bazarına yönləndirilməsinə səbəb olub.
 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar