SON XƏBƏRLƏR

İran Mərkəzi Bankının başçısı istefa verdi

2022.12.30, 12:06
İran Mərkəzi Bankının başçısı istefa verdi

Gunaz.tv

İranın milli valyutasının xarici valyutalara nisbətdə dəyərində görünməmiş ucuzlaşmadan və dolların yeni rekord qiyməti, 43 min tümən həddini keçməsindən sonra İran mediası ölkənin Mərkəzi bankının başçısı Əli Salehabadinin istefa verdiyini yazıb.

O, Nazirlər Kabinetinin iclasında istefasını elan etdikdən sonra İbrahim Rəisi Məhəmməd Fərzini Mərkəzi Bankın yeni rəhbəri kimi təyin edib.

Bu dəyişiklik İranın bank sisteminin ən yüksək səviyyəsində, İranın milli valyutasının dəyərinin son həftələrdə görünməmiş enişlə üzləşdiyi və ölkənin sərbəst bazarında dolların məzənnəsinin 43 min tüməndən çox qiymətə satıldığı bir vaxtda baş verir.

Analitiklər İranın milli valyutasının dəyər itirməsinin yaxın aylarda da davam edəcəyini bildirirlər.

İran hökuməti milli valiyutanın ucuzlaşmasını Amerikanın İrana qarşı planlı iqtisadi müharibəsi və etiraz aksiyalarını qızışdırması ilə əlaqəli olduğunu iddia edir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar