SON XƏBƏRLƏR

İran Ermənistanda Nizamini "böyük fars şairi" kimi təbliğ edir

2022.03.15, 10:25
İran Ermənistanda Nizamini "böyük fars şairi" kimi təbliğ edir

Gunaz.tv

İrəvan şəhərində "Aran və Şirvanda Nizami Gəncəvi və farsca danışıq" mövzusunda keçirilən konfransın afişasında dahi Azərbaycan şairi "İran və fars şairi" kimi qələmə verilib.
 
Martın 14-də İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası tərəfindən keçirilən tədbir böyük "İran şairi" Nizami Gəncəvinin anım həftəsi” adı altında baş tutub.

Qeyd edək ki, İranın Mədəniyyət və İrşad Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftənin keçirilməsini planlaşdırıb.

Bununla yanaşı, Nizamini İran və fars şairi kimi təbliğ etmək üçün may ayının sonuna kimi tədbirlərin davam etdiriləcəyi, mediada, məktəb və Universitetlərdə bununla bağlı ədəbi yarışların təşkil ediləcəyi bildirilir.

Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin Mədəniyyət və İrşad İdarəsi Nizaminin farslaşdırılması yönündə panfarsist və radikal fars miliyyətçilərinin təbliğat işlərinin əsas ağırlığını öz üzərinə götürməsi və xüsusi fədakarlığı ilə seçilir.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar