SON XƏBƏRLƏR

İran səfiri İtaliya XİN-ə çağırıldı

2022.12.28, 10:38
İran səfiri İtaliya XİN-ə çağırıldı

Gunaz.tv

Bu barədə İtaliya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfirə İran hökumətinin etirazçılara qarşı repressiyalarının qəbuledilməz olduğu barədə rəsmi Romanın mövqeyi çatdırılıb.

İtaliyanın XİN başçısı və baş nazirinin müavini Antonio Tayani İranda həbs edilən qadın etiraçıların zorakılığa məruz qalmasını utancverici adlandırıb.

Qeyd edək ki, dekabrın 15-də İtaliyanın xarici işlər naziri Antonio Tacani parlamentdə çıxışı zamanı İran səfirinin etimadnaməsini dövlət başçısına təqdim etməsindən dərhal sonra XİN-ə çağrılacağını bildirmişdi. (Axar.az)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar