SON XƏBƏRLƏR

İran səfiri yenidən İsrail diplomatını hədələdi

2022.08.17, 08:30
İran səfiri yenidən İsrail diplomatını hədələdi

Gunaz.tv

Abbas Musəvi İsrail diplomatının son açıqlamalarına cavab olaraq özünün tvitter hesabında paylaşım edib.

“Dindən çıxmaq və Allahın peyğəmbərlərini təhqir etməyin şəriət hökmü var ki, onu sənin beynin dərk etməkdən acizdir. Ancaq İranın ərazi bütövlüyünə qarşı çıxmaq qırmızı xəttdir və bunun acı nəticələrindən təkcə sən deyil, həm də səni idarə edənlər yaxşı xəbərdardır"-deyə, İran səfiri qeyri-diplomatik ifadə ilə Corc Diki yenidən "macəraçı oğlan" adlandırıb və hədələyib.

İran səfirinin cavab tvitti Corc Dikin İran və SEPAH-a bağlı olduğu bildirilən Hadi Mətərin Nyu-Yourkda "Şeytan ayələri" kitabının yazarı Salman rüşdiyə hücumu ilə bağlı paylaşımından sonraya təsadüf edir.

İsrailin Azərbaycandakı səfiri özünün sosial media hesabında etdiyi paylaşımında Salman Rüşdiyə hücumun arxasında İranın durduğunu deyib.

O, İran səfiri Abbas Musəvinin onu da öıümlə təhdid etdiyinə işarə edib.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar