SON XƏBƏRLƏR

İran saytı: “Tehran və Bakı ağılla yaranmış anlaşılmazlıqlara son qoydular”

2021.10.27, 12:39
İran saytı: “Tehran və Bakı ağılla yaranmış anlaşılmazlıqlara son qoydular”

Gunaz.tv

“Tehran və Bakı ağılla yaranmış anlaşılmazlıqlara son qoydular” başlıqlı yazıda deyilir ki, qonşu ölkələr arasında baş verən ixtilaflar yalnız üz-üzə duran tərəflərin əcnəbilərdən təsir almadan bir-biri ilə danışıqlar aparması yolu ilə aradan qaldırıla bilər.


“İran İslam Respublikası həmişə dinc ynaşı yaşamaq prinsipi əsasında öz qonşularının hakimiyyət hüququna ehtiramla yanaşılmasına təkid edib və bu çərçivədə qarşılıqlı hərtərəfli əlaqələri inkişaf etdirmək üçün əlindən gələni əsirgəməyib.


Bunun nümunəsini də Ermənistanla Azərbaycan arasında işğal olunmuş Dağlıq Qarabağ bölgəsində baş verən son savaşda İranın konstruktiv mövqe sərgiləməsində və münaqişənin dinc yolla həll olunması üçün diplomatik danışıqların aparılmasına və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasının vacib olmasına təkid etməsində görmək olar"-deyə yazıda qeyd olunur. 


Müəllif bildirir ki, İran rəsmiləri tərəfindən sərgilənən və mahiyyəti sülhə və ortaq dəyərlərə söykənən bu yanaşma, bəzən regionda sabitliyi pozmağa çalışan bəzi bədxahların şər əməlləri və müdaxiləsi nəticəsində anlaşılmazlıqlara gətirib çıxarır, qonşuların isə o qədər də yaxşı səslənməyən cavablarına səbəb olur.


"Azərbaycan Respublikası rəsmilərinin son həftələrdə İrana qarşı rəftarı və onların qeyri-etik leksikon və ədəbiyyatdan faydalanaraq bizə qarşı ittihamlar yağdırması bu kimi rəftarlardan bir nümunədir. Bu isə təəssüflər olsun ki, qonşular arasında dinc münasibətlərin olmasını istəməyən və regionda çaxnaşma və böhran yaratmağa çalışan qüvvələrin bu məsələdən sui-istifadə etməsinə səbəb olur.


Lakin bu arada önəm daşıyan məsələ odur ki, Tehran və Bakı müxtəlif səbəblərə görə, o cümlədən də iki ölkə arasında ortaq mədəni və dini cəhətləri və keçmişdən indiyə qədər aralarında olan siyasi və iqtisadi əlaqələri nəzərə alaraq, öz aralarında baş verən anlaşılmazlıqları aradan qaldırmaq və münasibətləri inkişaf etdirmək üçün yenidən əvvəlki arzu olunan nöqtəyə qayıtmaq üçün səy göstərməlidirlər.


Bu arada hər iki tərəfin ağıllı tərpənməsi və onların mövcud gərginliyi azaltmaq üçün birgə atdıqları addımlar iki ölkə arasındakı qədim və isti münasibətlərin yenidən bərqərar olunmasına əlverişli şərait yaradıb”, -deyə SEPAH-a yaxın olan “Tasnim” saytının İranla Azərbaycan Respublikası arasında baş vermiş son gərginliklə bağlı yaydığı yazısında bildirilir.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar