SON XƏBƏRLƏR

İran saytı Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycana qarşı tvitini yayıb

2021.11.17, 12:14
İran saytı Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycana qarşı tvitini yayıb

Gunaz.tv

İran saytının “Ermənistan parlamentinin sədrinin 9 noyabr bəyannaməsinin pozulmasına reaksiyası” başlıqlı yaydığı yazısında Alen Simonyanın “Twitter” hesabında paylaşdığı tvitin mətni verilərək, onun Azərbaycan Respublikasına qarşı irəli sürdüyü əsassız ittihamlarına və onun guya “Azərbaycanın Ermənistana təcavüz etməsi” ilə bağlı iddiasına dolayısı ilə dəstək nümayiş etdirilir.

İran saytında deyilir ki, Ermənistan parlamentinin sədri bir neçə saat əvvəl “Twitter” hesabında paylaşım edərək bunları yazıb:
“Azərbaycan üç tərəfli 9 noyabr bəyannaməsini pozdu. 

BMT bəyannaməsinə əsasən, Ermənistan Respublikasının gücdən və ya istənilən vasitədən istifadə etməklə öz ərazi bütövlüyünə və suverenliyinə qarşı edilən hər hansı bir təcavüzün qarşısını almağa haqqı var”, -deyə Ermənistan parlamentinin sədri Alen Simonyanın “Twitter”dəki paylaşımında bildirilir. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar