SON XƏBƏRLƏR

İran universitetlərində silahlı qüvvələrin ofisləri açılır

2022.10.22, 08:08
İran universitetlərində silahlı qüvvələrin ofisləri açılır

Gunaz.tv

Elm, Tədqiqat və Texnologiya naziri Məhəmməd Əli Zülfigül dünən keçirdiyi mətbuat konfransında deyib: “Elm Nazirliyinin Silahlı Qüvvələrin Baş Qərargahı ilə qarşılıqlı fəaliyyəti nəticəsində post-doktorantura komissiyasının icazə sertifikatının silahlı qüvvələrin ali rəhbərindən alınması qərara alınıb".

Nazir bildirib ki, Elm və Texnologiya Parklarının hərbi mükəlləfiyyət sərəncamı üçün hər bir universitetdə silahlı qüvvələrin nümayəndəliyi təyin edilib.

"Silahlı qüvvələrlə anlaşma müqavilələri və memorandumlari həmin nümayəndəliklər vasitəsilə həyata keçiriləcək. Biliyə əsaslanan nizamnamə elm və texnologiya parkları və tədqiqat şöbəsi üçün 300  nəfərin işə götürülməsinə icazə verir"-deyə, o, bildirib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar