SON XƏBƏRLƏR

İran və İsrail arasında söz savaşı: Tərəflər bir-birini nüvə silahı ilə hədələyir

2022.07.18, 04:34
İran və İsrail arasında söz savaşı: Tərəflər bir-birini nüvə silahı ilə hədələyir

Gunaz.tv

Özəlliklə Amerika prezidenti Co Baydenin Yaxın Şərqə səfərindən sonra tərəflər arasında gərginlik artıb.

"Mən Co Bayden və onun heyətinə açıq şəkildə bildirdim ki, İsrail İslam Respublikası ilə nüvə sazişinin əleyhinədir və İranın nüvə proqramı qarşısında siyasi fəaliyyət və əməliyyat azadlığı üçün tam hüququnu özündə saxlayır"-deyə, İsrailin baş naziri Yair Lapid iyulun 17-də bildirib.

Bununla yanaşı İrnın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi Tehranın nüvə bombası yaratmaq üçün texniki imkanlara malik olduğunu və İsrailə dərinliklərinə zərbələr endirməyə hazır olduğunu deyib.

Kamal Xərazinin təhdid məzmunlu bu çıxışı Amerika və Avropa ölkələrinin İranın nüvə proqramının inkişafından narahatlıqlarını ifadə etmələri və Tehranın atom bombası yaratmağa çox yaxın olduğu barədə xəbərdarlıqlarından bir neçə gün sonraya təsadüf edir.

"Baydenin İsrailə səfəri zamanı onlar İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarına and içiblər və təbii ki, inqilab rəhbərinin fətvasına və şəriətə əsasən, atom bombası da daxil olmaqla, kütləvi qırğın silahlarının istehsalı ilə məşğul olmağa icazə verilmir.

Ancaq bunu etmək istəsək heç kim bizə mane ola bilməz"-deyə, İranın Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Məhəmməd Cavad Laricani də, İran rəsmilərinin təhdid çıxışlarına qoşulub. 

Rusiyanın beynəlxalq təşkilatlardakı səfiri və İranla nüvə danışıqlarında nümayəndə heyətinin rəhbəri Mixail Ulyanov da özünün tvitter hesabında İranı dəstəkləyən paylaşım edib.

O, "nüvə silahı əldə etmək gücünə malik olmaq onu yaratmaq demək deyil" yazıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar