SON XƏBƏRLƏR

İranlı sürücülər ölkələrinə qaytarılmayıb-Gömrük Komitəsi təkzib etdi

2021.10.20, 07:36
İranlı sürücülər ölkələrinə qaytarılmayıb-Gömrük Komitəsi təkzib etdi

Gunaz.tv

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, İran vətəndaşları - Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarın Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə 

sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə respublikamızın mühafizə olunan dövlət sərhədini müəyyən 

edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat 

İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə başlanılıb və istintaq aparılır.

"Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir", - komitədən bildirilib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar