SON XƏBƏRLƏR

İran yeni ildə internet göstəricilərinə görə daha da gerilədi

2023.02.17, 14:39
İran yeni ildə internet göstəricilərinə görə daha da gerilədi

Gunaz.tv

Yeni ilin yanvar ayında İranda sabit internetin orta sürəti 11,44 Mbit/s təşkil edib.

Bununlada İran yeni ilin ilk ayıda sabit internet reytinqində daha 2 pillə geriləyərək 146-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, İran ötən il dünyada internet azadlığı və azad informasiya dövriyyəsinin düşməni seçilib.

“Surfşark” internet saytı dünyada internet məhdudiyyətləri ilə bağlı son hesabatında ötən il İranın 11 yeni internet məhdudiyyəti tətbiq etdiyini və dünyada ikinci ən çox məhdudiyyət tətbiq edən ölkə olduğunu açıqlayıb.

“Surfşark”-ın 2022-ci ildə internet məhdudiyyətlərinin vəziyyəti ilə bağlı sorğusuna əsasən, yeni internet məhdudiyyətlərinin sayına görə Cammu və Kəşmir, İran, Hindistan, Sudan, Burkina Faso, Zimbabve, Pakistan, Rusiya, Kuba və Sierra Leone internetə ən çox məhdudiyyət qoyan dünyanın 10 ölkəsi kimi ilk yerləri tutublar.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar