SON XƏBƏRLƏR

İran yenə sərhədlərin dəyişməsinə imkan verməyəcəyini bəyan etdi

2022.09.13, 06:17
İran yenə sərhədlərin dəyişməsinə imkan verməyəcəyini bəyan etdi

Gunaz.tv

O, tərəfləri təmkinli olmağa çağırıb və mübahisələriin sülh yolu ilə, beynəlxalq hüquq əsasında həll edilməli olduğunu deyib.

Nasir Kənani bundan öncə İran rəsmilərinin bölgədə sərhədlərin dəyişməcəyi ilə bağlı fikirlərini təkrar edib.

"Biz bir daha İran tərəfindən Bakı və Ermənistanın sərhədlərində hər hansı dəyişikliyin yolverilməzliyini vurğulayırıq"-deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

İranın hadisələri diqqətlə izlədiyini deyən Kənani iki ölkənin, Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini və İranın münaqişənin həlli üçün hər cür yardım göstərməyə hazır olduğunu bildirib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar