SON XƏBƏRLƏR

İran Xəzər dənizindən məxfi yolla Rusiyaya PUA-lar göndərib –The Guardian

2023.02.13, 11:00
İran Xəzər dənizindən məxfi yolla Rusiyaya PUA-lar göndərib –The Guardian

Gunaz.tv

Bu barədə The Guardian yaydığı hesabatda bildirib.

Qəzet hesabatı hazırlayarkən İrandakı mənbələrinə istinad edib. PUA-ların böyük əksəriyyəti Xəzər dənizindəki İran bazasından məxfi şəkildə daşınıb, bir qismi isə aviaşirkətlə aparılıb.

Ötən ilin noyabrında rusiyalı texnik və zabitlərin Tehrana səfərindən sonra Rusiyaya ən azı 18 PUA göndərilib. Səfər zamanı ruslar 6 “Mohajer-6” və 12 “Shahed-191” və “Shahed-129” PUA-larını götürüb. Bu PUA-lar partlayıcıları daşıdıqdan sonra geri qayıda bilirlər. 

Hesabata əsasən sentyabrdan etibarən Ukraynaya “Mohajer-6” PUA-ları ilə zərbə endirilir. Qeyd olunur ki, kütləvi bombardman nəticəsində Rusiyanın raketləri bitmək üzrədir.

Odur ki, Moskva Şimali Koreya və İrandan asılı haldadır. (azpost)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar