SON XƏBƏRLƏR

İran-Azərbaycan gərginliyi: “Amerika İranın başqa dövlətləri hədələməsindən məmnun olmayacaq”-Pol Qobl

2021.10.20, 07:36
İran-Azərbaycan gərginliyi: “Amerika İranın başqa dövlətləri hədələməsindən məmnun olmayacaq”-Pol Qobl

Gunaz.tv

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl “Amerikanın Səsi”nə müsahibədə Azərbaycanla İran arasında son həftələrdə baş verən gərginlikdən, bu gərginliyin Cənubi Qafqazdakı son durumla əlaqəsi və ABŞ-ın bu vəziyyətə münasibətindən danışıb.

Pol Qobl gərginliyin İsrailin Azərbaycanda mövcudluğu səbəbindən ortaya çıxması ilə bağlı iddialara münasibət bildirib.

“Tehranın İsrailin Azərbaycandan İranın nüvə obyektlərinə mümkün hücuma hazırlaşdığına dair təsdiqlənməmiş məlumatlara sərt cavab verməsini təbii bir haldır. Mən şəxsən bunun baş verəcəyinə şübhə edirəm. Amma mən bilirəm ki, iranlılar bundan çox qorxurlar, çünki Azərbaycandan hücum həyata keçirmək, İsraildən daha asan olar”-deyə, poltioloq bildirib.

Onun sözlərinə görə, İran Azərbaycanın dünyadakı artan rolundan və Türkiyə ilə münasibətlərindən çox narahatdır: “İran Zəngəzur dəhlizinin açılmasından narahatdır. Hətta İran Ermənistanın ermənilərin Zəngəzuru adlandırdığı Sünikdən şimaldan cənuba doğru gedən dəhliz yaratması üçün pul ödəməyi təklif edib”. 

İranın baş diplomatı Hüseyn Əmir Abdullahiyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə “Biz Qafqazda geosiyasi dəyişikliklərə və xəritənin dəyişməsinə dözümlülük göstərməyəcəyik” bəyanatını səsləndirib. 
Pol Qobl bununla bağlı deyib: “İran beynəlxalq ictimaiyyətdəki bir çox ölkələrin sərgilədiyi mövqeyi sərgiləyir. Bu da beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinə olmaqdır.

Azərbaycanın mövqeyi də eynidir və 1991-ci ildə mövcud olan sərhədlərin qorunmasının xeyrinədir.

Minsk Qrupunun həmsədrlərinin mövqeyi də sərhədlərin sabitliyini qorumaqdan yanadır. Sərhədlərin dəyişməsi barədə danışan yeganə ölkə, əlbəttə ki, Ermənistandır. 

Onlar Xankəndinin böyük Ermənistanın bir hissəsi olmasını istəyir. Bununla birlikdə dəhlizin, nəqliyyat dəhlizinin açılması Zəngəzurun uzun zaman öncə mövcud olan tarixi durumunun bərpası məsələsini qaldırır ki, o da onun Azərbaycan dövlətinin bir parçası olduğu deməkdir. 

Aydındır ki, bu ehtimal İranı narahat edir, çünki bu baş versə, Türkiyənin Naxçıvan və Zəngəzur vasitəsilə təkcə Azərbaycana deyil, Orta Asiyaya birbaşa çıxışı olacaq. Bunun nəticəsində isə İran daha da təcrid oluna və zəifləyə bilər.

Buna görə də, bəli, bu durum Azərbaycanın ötən ilki qələbəsinin kontekstində yaranıb, amma bu həm də İranın davamlı mövqeyidir”.

Bəs ABŞ-ın son hadisələrə münasibəti necədir. 

“Birləşmiş Ştatlar heç vaxt İranın başqa dövlətləri hədələməsindən məmnun olmayacaq. İran, tarixən terrorçu qrupların və öz sərhədlərindən kənarda hər cür zorakılıqların tərəfində olan ölkələrdən biridir. 

Ona görə, aydındır ki, ABŞ Azərbaycanın mövcud durumu müdafiə etməsini dəstəkləyəcək. Və zənnimcə ABŞ Azərbaycanı əvvəlkindən daha çox dəstəkləyər, çünki Azərbaycan ötən ilki 44 günlük müharibədən və orada əldə etdiyi qələbədən sonra dünyada daha mühüm bir oyunçuya çevrilib”-deyə, Pol Qobl bildirib. (Amerikanın Səsi)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar