SON XƏBƏRLƏR

İran zindanlarında 4 məhbus edam edilib

2022.08.29, 07:20
İran zindanlarında 4 məhbus edam edilib

Gunaz.tv

Məlumata görə, avqustun 28-də Şirazın Adilabad zindanında narkotik maddələrin alverində suçlandırılan 40 yaşlı Rəhim Qənbərzehi və 37 yaşlı Əfqanıstan vətəndaşı Müctəba Xadiminejad  edam ediliblər.

Eyni gündə Loristan əyalətinin mərkəzi Xurrəmabad şəhərinin zindanında qətldə ittiham olunan Ümidəli Geravənd, Bəndər Abbas şəhərinin zindanında isə narkotik maddə alverində təqsirləndirilən İsmail Bərgrizan dar ağacından asılıblar.

Qeyd edək ki, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda insan haqları pozuntuları ilə bağlı yaydığı son hesabatında edam sayının kəskin artmasından narahatlığını ifadə edib.

İran zindanlarında edam saylarının çoxaldığını və məhbuslara qarşı hüquq pozuntularının davam etdiyini deyən Cavid Rəhman, 2022-ci il yanvarın əvvəlindən 30 iyun tarixinə kimi 6-ı qadın, 5-i Əfqanıstan vətəndaşı olmaqla 251 nəfərin dar ağacından asılaraq edam edildiyini bildirib.

O, bunun ötən ilin oxşar dövrü ilə müqayisədə iki dəfə çox olduğunu deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar